29 
İyn
2022
15:39
76
13
1193
Virtual karabakh

“Şuşanın, Qarabağın mədəni irsinin akademik şəkildə düzgün araşdırılması vacibdir” - RƏY

29 İyn, 2022
15:39
1193

“Şuşanın, Qarabağın mədəni irsinin akademik şəkildə düzgün araşdırılması vacibdir” - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri olaraq “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” adlı layihə təqdim etdik”.

Bunu Oxu.Az-a “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli bildirib.

Onun sözlərinə görə, layihə təqdim edilən zaman uzun proses keçib, əhəmiyyətli görüşlər olub:

“Mən seçimin ədalətli olduğuna inanıram. Layihələrdə rəngarənglik var. İnanıram ki, keçməyən layihələr arasında da maraqlıları var. Şuşanın problemləri bəllidir və onlardan biri tarixi-mədəni irsin tədqiqi və təbliği məsələsidir. Bu sahədə böyük bir boşluq var və burada uduzuruq. Belə layihələrin dəstəklənməsinə ehtiyac var. Təəssüf ki, Azərbaycandakı QHT-lərin çoxu mədəni irsdən uzaqdır. Onlar peşəkar səviyyədə mədəni irsin təbliğinə töhfə verəcək, akademik üzvlər şəbəkəsinə də malik deyillər. Bu bizim əlimizi-qolumuzu bağlayır. Şuşanın, Qarabağın mədəni irsinin akademik şəkildə düzgün araşdırılması vacibdir”.

“Müsabiqədə bu məsələlərə xüsusi diqqət yetirilib. Əslində dövlət bu problemləri görür və həlli üçün vətəndaş cəmiyyətinin iştirakı vacibdir. Nəticədə görəcəyik ki, QHT-lər bu işi layiqincə yerinə yetirə bildilər, ya yox. Layihələr həyati əhəmiyyətlidir və bunların yerinə yetirilməsinə ehtiyac var”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri