30 
İyn
2022
14:05
167
13
542
yuxarı
Şentop: “Azərbaycan soyuq müharibədən sonra önəmli siyasət həyata keçirdi”
30 İyn, 2022
14:05
542
167
13
Şentop: “Azərbaycan soyuq müharibədən sonra önəmli siyasət həyata keçirdi”
“Parlament diplomatiyası dünyadakı problemlərin, münaqişələrin həllində mühüm rol oynayır.
Oxu.Az-ın məlumatına əsasən, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi böyük işlər görür. Spiker Azərbaycanın balanslı xarici siyasətinə də diqqət çəkib.
“Azərbaycan soyuq müharibədən (SSRİ-nin süqutundan sonra - red.) sonrakı dövrdə çox önəmli siyasət həyata keçirdi”, - deyə o əlavə edib.
Mustafa Şentop terror təhdidlərindən də danışıb:
“Terror bu gün bütün dünyanı əhatə edən təhdid olaraq qalır. Türkiyə terrorun bütün formaları ilə mübarizə aparır”.
Aqşin Kərimov