İyl
2022
14:30
84
23
699
Virtual karabakh

TDPA-nın baş katibi: “QH-yə Azərbaycanın sədrlik müddətinin uzadılması İlham Əliyevə inamın təzahürüdür”

1 İyl, 2022
14:30
699

TDPA-nın baş katibi: “QH-yə Azərbaycanın sədrlik müddətinin uzadılması İlham Əliyevə inamın təzahürüdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin uzadılması Prezident İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür”.

Oxu.Az bildirir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türk Dövlətlərinin Parlament Assambleyasının (TDPA) Baş katibi Mehmet Süreyya Er deyib.

O qeyd edib ki, dünyada sülhə və əməkdaşlığa nail olunmasında parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayır.

Er bildirib ki, parlamentlərarası əməkdaşlıq ortaq hədəflərə nail olmaqda mühüm əhəmiyyət kəsb edir.

“TDPA digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır”, - deyə baş katib əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri