İyl
2022
15:45
135
36
1179
Virtual karabakh

BMT-nin rezident əlaqələndiricisi: “Zəngilanda “ağıllı kənd”in salınması çox mühüm addımdır”

1 İyl, 2022
15:45
1179

BMT-nin rezident əlaqələndiricisi: “Zəngilanda “ağıllı kənd”in salınması çox mühüm addımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan hökumətinin Zəngilanda məcburi köçkünlərin qayıda biləcəkləri “ağıllı” kəndin tikintisi ilə bağlı gördüyü işlər çox mühüm addımdır”.

Bu barədə “Report”a BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib.

O, Azərbaycanın azad edilmiş müxtəlif ərazilərində olsa da, ilk dəfə Zəngilana səfər etdiyini vurğulayıb:

“Biz Zəngilana qayıdacaq məcburi köçkünlərin burada öz dinc həyatlarını necə bərpa edəcəklərini səbirsizliklə gözləyirik”.

V.Andreeva “ağıllı” kənddəki infrastrukturun və şəraitin onda böyük təəssürat yaratdığını əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq strukturlar BMT çərçivəsində suyun saflığının monitorinqi, onun içməli su kimi və kənd təsərrüfatında istifadəyə yararlı olması üçün təmizlənməsi üzrə tədbirlərin görülməsində Azərbaycana dəstək verə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri