İyl
2022
16:30
176
43
1672
Virtual karabakh

Sergey Markov: “Rusiyaya Zəngəzur dəhlizinin açılması faydalıdır”

1 İyl, 2022
16:30
1672

Sergey Markov: “Rusiyaya Zəngəzur dəhlizinin açılması faydalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq. Bu, Rusiya üçün də çox faydalıdır. Çünki onun açılması nəticəsində Türkiyə ilə Rusiya bir-biri ilə Azərbaycan - Zəngəzur dəhlizi vasitəsilə əlaqə yaradacaqlar”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Rusiyalı politoloq regionda beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından sonra bölgədə vəziyyətin necə dəyişəcəyindən də danışıb:

“Şimal-Cənub” və “Qərb-Şərq” nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadiyyatın Xəzər regionu ilə bağlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Eyni zamanda bu, Azərbaycana tranzit ölkə kimi yüksək gəlir əldə etməyə imkan verəcək”.

O həmçinin bildirib ki, bu, Azərbaycanın dünya miqyasında belə böyük layihələrin həyata keçirilməsində lider olan ölkə kimi statusunu yüksəldəcək.

Politoloqun sözlərinə görə, Xəzər regionunda əməkdaşlıq digər dövlətlər üçün nümunədir: “Bütün bu ölkələr bir-birinin milli suverenliyinə hörmət etdiklərini göstərirlər. Üstəlik, onlar bir-biri ilə sıx əməkdaşlığın tərəfdarıdırlar”.

S.Markov Azərbaycanın Xəzər regionundakı bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri