İyl
2022
20:24
46
162
1447
Virtual karabakh

Nazir Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının tarixini AÇIQLADI

1 İyl, 2022
20:24
1447

Nazir Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının tarixini AÇIQLADI

“Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edirik. İki ölkə arasındakı münasibətlər bərabərhüquqlu tərəfdaşlığa əsaslanır və bu ölkələr bir çox sahədə, o cümlədən terrorizmə qarşı mübarizədə əməkdaşlıq edir”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Bakıda ABŞ-ın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov deyib.  

O bildirib ki, Azərbaycan ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirir. 

Nazir qeyd edib ki, bu ilin noyabrında Vaşinqtonda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasına hazırlıq işləri görülür.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri