İyl
2022
14:00
279
20
1468
Virtual karabakh

Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri: “Azərbaycana humanitar dəstəyinə görə təşəkkür edirik!” - ŞƏRH

2 İyl, 2022
14:00
1468

Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri: “Azərbaycana humanitar dəstəyinə görə təşəkkür edirik!” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycana humanitar dəstəyinə görə təşəkkür edirik!”

Bunu Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski Ukraynaya dəstəyi, o cümlədən Azərbaycandan humanitar yardımla dolu bir neçə yük təyyarəsinin göndərilməsini  Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Lvovda fəal azərbaycanlı icma var ki, müharibə başlayandan sonra humanitar yardım göstərib və hazırda da bu fəaliyyətinə davam edir.

“Bundan əlavə, Lvov vilayətində Azərbaycanlıların Könüllülər Mərkəzi fəaliyyət göstərir, dəmiryol vağzalında isə Azərbaycan diasporu məcburi köçkünlər üçün ərzaq və su paylanmasını təşkil edib”, - deyə o əlavə edib.

Digər ölkələrin yardımına gəlincə isə Lvov rəhbəri Polşa, Litva, Fransa, İspaniya, Portuqaliya, Estoniya, Latviya, Çexiya, Slovakiya və s. dövlətlərin adını çəkib, həmçinin bir çox insanın da fərdi şəkildə kömək etdiyini vurğulayıb.

Kozitski dəstək göstərənlər arasında USAID, Şərqi Avropa Fondu, UNICEF, UNESCO, World Vision və bir çox başqa beynəlxalq təşkilatların olduğunu qeyd edib.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri