İyl
2022
14:06
152
11
654
Virtual karabakh

Səfir: “Türkiyə və Azərbaycan münasibətlərinin qalxdığı səviyyə Türk Dövlətləri Təşkilatına bir örnəkdir”

6 İyl, 2022
14:06
654

Səfir: “Türkiyə və Azərbaycan münasibətlərinin qalxdığı səviyyə Türk Dövlətləri Təşkilatına bir örnəkdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünyanın geopolitik dəyişikliyinə uyğun Türkiyə və Azərbaycan münasibətlərinin qalxdığı səviyyə Türk Dövlətləri Təşkilatına bir örnəkdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan-Türkiyə əməkdaşlığına həsr edilmiş “Caspian Energy” Forumunun xüsusi sessiyasında bildirib.

Onun sözlərinə görə, Qarabağ zəfəri Türkiyə-Azərbaycan münasibətləri baxımından, bölgə baxımından mühüm əhəmiyyətə malikdir.

Səfir deyib ki, Qarabağ zəfəri 44 gündə əldə edilib, Bakının azad edilməsi də 45 gün ərzində başa çatıb.

C.Bağçı bildirib ki, 44 Azərbaycan tarixində simvolik rəqəmdir:

“Türkiyə və Azərbaycan geopolitik dəyişikliyi yaxşı bilirlər. Bu geopolitik dəyişikliyə uyğun bir əməkdaşlıq modeli inkişaf etdirilib”.

O xatırladıb ki, 2021-ci il iyunun 15-də Qafqazın incisi olan Şuşada bəyannamə imzalanıb və iradə ortaya qoyulub:

“Bu bəyannamənin imzalanması ilə strateji əməkdaşlığımız artıq müttəfiqlik səviyyəsinə çatıb. Bu, sadəcə müdafiə, energetika sahələrində deyil, bütün sahələrdə əməkdaşlığımızı genişləndirməyimizin və dərinləşdirəcəyimizin iradəsidir. Bu sənəd hər iki ölkənin milli məclislərində təsdiq edilib. Bu sənəd Türkiyə və Azərbaycan arasında münasibətlərin hər sahədə genişləndirilməsi və dərinləşdirilməsinə töhfə verilməsi, əgər bu münasibətlərin önündə əngəllər varsa, əngəllərin aradan qaldırılması üçün işlərin aparılmasına dair bir təlimatdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri