İyl
2022
21:30
122
43
752
Virtual karabakh

Azərbaycan və Ermənistan deputatlarının Tbilisidə görüşünün keçirilməsi təklif olunur

6 İyl, 2022
21:30
752

Azərbaycan və Ermənistan deputatlarının Tbilisidə görüşünün keçirilməsi təklif olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gürcüstan sülh naminə dialoqu təşviq etmək məqsədilə Azərbaycan və Ermənistan parlamentləri üzvlərinin Tbilisidə görüşünü təşkil etməyə hazırdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyasının son iclasında çıxışında deyib.

Cənubi Qafqazda sabitlik və əmin-amanlığın əhəmiyyətindən danışan komitə sədri bölgədə sülhün təmin olunmasında Gürcüstanın sabitləşdirici rol oynamağa hazırlığını ifadə edib.

“Sülh dialoqunun təşviqi məqsədilə azərbaycanlı və erməni həmkarlarımızı Tbilisidə qəbul etməyə hazırıq”, - o deyib.

Qeyd edək ki, N.Samxaradze Gürcüstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəridir. O, PA-nın sessiyası çərçivəsində qurumun Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri