İyl
2022
23:30
26
84
1167
Virtual karabakh

İranın terrorçu diplomatları: Belçika ilə məhbus mübadiləsi baş tutacaqmı? - VİDEO

6 İyl, 2022
23:30
1167

İranın terrorçu diplomatları: Belçika ilə məhbus mübadiləsi baş tutacaqmı? - VİDEO

Son günlər Belçika ilə İran arasında məhbusların mübadiləsində nəzərdə tutulan müqavilənin Belçika parlamentində müzakirəyə çıxarılması siyası və ictimai fəalların hüquq müdafiəçilərinin geniş mənfi reaksiyasına səbəb olub.

Mövzu ilə bağlı “Azad İran” “Youtube” kanalı süjet hazırlayıb.

Sözügedən müqavilə təsdiqlənərsə tərəflər bir-birlərinin həbs olunmuş vətəndaşlarını həbs müddətini çəkmək üçün öz ölkəsinə təhvil verəcək.

Qəbul edən ölkə öz vətəndaşının cəzasını yüngülləşdirmək hətta onu əfv etmək səlahiyyətinə malik olacaq.

Parlamentdə müqavilənin müzakirəsi deputatların etirazları və çoxsaylı sualları səbəbindən başa çatmayıb. Onun növbəti iclasda müzakirə olunması qərarı alınıb.

Ən çox müzakirə olunan şəxslərdən biri də Belçikada məhbus həyatı yaşayan Əsədullah Əsədidir. O, İranın Avstriyadakı səfirliyinin üçüncü katibi olub.

O, 2018-ci ilin yayında Almaniyada həbs olunub və həmin ilin oktyabrında Belçikaya təhvil verilib.

Əsədinin və başçılıq etdiyi terror şəbəkəsinin ifşası Fransa, Almaniya, Belçika, Avstriya və Lüksemburq təhlükəsizlik orqanlarının birgə fəaliyyəti nəticəsində mümkün olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri