15 
İyl
2022
20:03
797
277
1640
Virtual karabakh

Azərbaycan Prezidenti: “6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb” - VİDEO

15 İyl, 2022
20:03
1640

Azərbaycan Prezidenti: “6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb” - VİDEO

“İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində deyib.

Dövlətimizin başçısı deyib: “Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri