Avq
2022
22:02
33
511
4545
Virtual karabakh

Aİ Azərbaycan və Ermənistana müraciət edib

3 Avq, 2022
22:02
4545

Aİ Azərbaycan və Ermənistana müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı Laçın dəhlizi və təmas xətti ətrafında son hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında bildirilir.

Qeyd edilir ki, əsas məqam gərginliyin azaldılması, atəşkəs rejiminə tam əməl olunması və danışıqlar masasına qayıtmaqdır. Aİ gərginliyin aradan qaldırılmasına sadiqdir.

“Avropa İttifaqı Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər ərazilərində gedən hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Təəssüf ki, bu toqquşmalar artıq insan tələfatı və xəsarətlərlə nəticələnib.

Deeskalasiyaya nail olmaq, atəşkəsə tam hörmət etmək və razılaşdırılmış həll yollarını tapmaq üçün danışıqlar masasına qayıtmaq olduqca vacibdir.

Avropa İttifaqı gərginliyin həllinə kömək etməkdə və Cənubi Qafqazda davamlı sülh və sabitliyə töhfə verməkdə davam etməkdə sadiqdir”, - bəyanatda vurğulanır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri