Avq
2022
16:26
540
19
1450
Virtual karabakh

Markov: “Qarabağda gərginliyin əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir”

4 Avq, 2022
16:26
1450

Markov: “Qarabağda gərginliyin əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Qarabağ zonasında gərginliyin ciddi artmasının əsas səbəbi Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir”.

Bunu APA-nın Moskva müxbirinə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, avqustun 3-də baş verən insidentin ən başlıca səbəbi Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinin demilitarizasiyasının aparılmamasıdır:

“Orada hələ də qanunsuz olaraq erməni silahlı birləşmələri qalır, hansı ki, hazırda onlar orada döyüşür. Bundan başqa, hələ də Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya olunmaması da regionda gərginlik yaradır. Digər mühüm məqam isə Zəngəzur dəhlizinin reallaşmamasıdır. Azərbaycan tərəfi bu dəhlizin öz ərazisindən keçən hissəsini reallaşdırır. Bu şərtlərdə potensial münaqişə üçün şərait yaranıb”.

Rusiyalı siyasi ekspert rəsmi İrəvanın 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməməsinin hərbi münaqişənin daha da genişlənməsinə səbəb olacağını vurğulayıb:

“Əgər Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsə, hərbi münaqişə davam edəcək, hətta genişlənəcək. Bu şərtlərdə Azərbaycanın təkbaşına Qarabağı, eləcə də Laçın rayonunu hərbsizləşdirmə qərarı hər kəs tərəfindən, həm Azərbaycan əhalisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır. Rusiya sülhməramlı qüvvələrinin güc yolu ilə hərbsizləşdirməni həyata keçirməsi üçün təəssüf ki, tam mandatı yoxdur. Rusiya ancaq Ermənistanı üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə yola gətirə və çağıra bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri