Avq
2022
10:58
124
47
4165
Virtual karabakh

Elin Süleymanov: “Təzyiq və təhlükə şəraitində işimizi davam etdiririk” - FOTO

5 Avq, 2022
10:58
4165

Elin Süleymanov: “Təzyiq və təhlükə şəraitində işimizi davam etdiririk” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Londonda olan Azərbaycan diplomatları öz işlərinə davam edirlər”.

Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov özünün “Twitter” hesabından xəbər verib.

Diplomat Londonda radikalların Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumunun qəbuledilməz olduğunu bildirib və hadisəni barbarlıq adlandırıb.

“Bu, diplomatik müəssisələrin toxunulmazlığı prinsipini birbaşa pozub”, - deyə E.Süleymanov vurğulayıb.

O hazırda Bakıda olduğunu qeyd edib.

Səfir həmçinin qeyd edib ki, vətəndaşların, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizliyi diplomatik qurumun əsas prioritetidir.

“Hazırda Londonda olan Azərbaycan diplomatları hətta təzyiq və təhlükə şəraitində də öz işlərini davam etdirirlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Qanunu pozanlar artıq London polisi tərəfindən saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri