Avq
2022
20:34
241
57
2117
Virtual karabakh

Emin Hüseynov: “Qarabağ iqtisadi rayonunda bərpanın ilk mərhələsi 2026-cı ildə yekunlaşacaq”

6 Avq, 2022
20:34
2117

Emin Hüseynov: “Qarabağ iqtisadi rayonunda bərpanın ilk mərhələsi 2026-cı ildə yekunlaşacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

E.Hüseynov qeyd edib ki, birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.

O, Hadrut və Suqovuşan qəsəbələrinin, Talış və Tuğ kəndlərinin vacib turizm məntəqələrinə çevrilməsinin planlaşdırıldığını vurğulayaraq, Qarabağ iqtisadi rayonunda müxtəlif sahələr üzrə yaradılacaq iş yerlərinin statistikasını təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri