Avq
2022
22:04
406
25
971
Virtual karabakh

Ceyhun Bayramov: “Torpaqlarımızı azad edəndə Türkiyənin verdiyi dəstək təkcə qardaşlıq təzahürü deyildi”

8 Avq, 2022
22:04
971

Ceyhun Bayramov: “Torpaqlarımızı azad edəndə Türkiyənin verdiyi dəstək təkcə qardaşlıq təzahürü deyildi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Torpaqlarımızı işğaldan azad edən zaman Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstək təkcə qardaşlıq münasibətlərimizin təzahürü deyil, həm də Türkiyənin haqqın, hüququn, ədalətin yanında olmasıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq, Türkiyə diplomatları bütün platformalarda azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışıb və haqq sözümüzün eşidilməsi üçün var gücləri ilə mübarizə aparıblar”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

“Azərbaycanın Türkiyənin olmadığı platformalarda etdikləri kimi, qardaş Türkiyənin diplomatları da bunu bizim olmadığımız yerdə həyata keçirirlər ki, səsimiz, sözümüz eşidilsin”, - C.Bayramov vurğulayıb.

Xarici işlər naziri Türkiyə-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Azərbaycanın XİN rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, habelə Türkiyə diplomatlarına təşəkkür edib.

“Bundan sonra birlikdə səmərəli fəaliyyətimizin uğurunu yaşamağı arzu edirik”, - nazir əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri