Avq
2022
16:18
181
22
777
Virtual karabakh

Britaniya XİN: “Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik”

9 Avq, 2022
16:18
777

Britaniya XİN: “Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz etirazçıların Azərbaycanın Londondakı səfirliyinə icazəsiz daxil olması ilə bağlı insidentdən xəbərdarıq və polislə birgə təhqiqata dəstək vermək üçün işləyirik”.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Böyük Britaniya Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə ciddi yanaşır, diplomatik ictimaiyyətin və onların binalarının təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb etdiyini qəbul edir.

Xatırladaq ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Qanunu pozanlar artıq London polisi tərəfindən saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri