Avq
2022
17:46
68
26
1513
Virtual karabakh

Olsi Yazedji: “Albaniya Serbiya və Kosovo arasındakı mübahisədə tərəf tutmaq niyyətində deyil”

9 Avq, 2022
17:46
1513

Olsi Yazedji: “Albaniya Serbiya və Kosovo arasındakı mübahisədə tərəf tutmaq niyyətində deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 18-də Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiçlə qismən tanınan Kosovonun baş naziri arasında danışıqların keçiriləcəyi gözlənilir.

Bu görüşün nəticələrinə əsasən, Avropada avqustun əvvəlində az qala başlayan yeni müharibənin fitilinin sönüb-sönmədiyi bəlli olacaq.

Tanınmış alban tarixçisi, politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Olsi Yazedji Oxu.Az-a müsahibəsində Kosovodakı son vəziyyəti təhlil edib, həmçinin serblərlə albanlar arasında müharibənin nə qədər real olduğuna dair fikirlərini bölüşüb.

- Hazırda Kosovoda nə baş verir? Serblərlə albanlar arasında müharibə mümkündürmü?

- Albin Kurtinin başçılıq etdiyi Kosovo hökuməti Kosovo serblərinin məskunlaşdıqları anklavlar üzərində öz suverenliyini həyata keçirməyə cəhd edib. Lakin Kosovonun baş naziri uğursuzluğa düçar olub. Belqradın dəstəklədiyi serb azlığı Priştinanın hakimiyyətini tanımaqdan imtina edir. Bundan əlavə, Serbiya Kosovonun sərhədlərini və onun müstəqilliyini tanımaqdan imtina edir. Amma nə qədər ki Kosovonun təhlükəsizliyinə NATO-nun Kosovodakı beynəlxalq təhlükəsizlik qüvvələri tərəfindən zəmanət verilir - mən Kosovo ilə Serbiya arasında müharibəni istisna edirəm, çünki bu, Belqrad və Şimali Atlantika Alyansı arasında qarşıdurmaya səbəb olacaq.

- Bu vəziyyət Albaniyadan necə görünür? Tirana münaqişəyə müdaxilə edəcəkmi?

- Albaniyanın Baş naziri Edi Rama Serbiya Prezidenti Aleksandr Vuçiçin yaxşı dostudur. Eyni zamanda, Edi Ramanın ekstremist hesab etdiyi Kosovo lideri Albin Kurti ilə, yumşaq desək, o qədər də yaxşı münasibətləri yoxdur. Hər halda, Albaniyanın Kosovodakı serb azlığının hüquqları ilə bağlı Kosovo-Serb mübahisəsində tərəf tutmaq fikrində olmadığı aydındır.

- Bəs sizcə, vəziyyətin gərginləşməsinə görə kim günahkardır?

- Kosovo ilə Serbiya arasında münasibətlərin kəskinləşməsinin günahı beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətin üzərinə düşür. Amerikalılar serblərlə Kosovonun statusuna dair məsələni həll etməyənə qədər Kosovo Tayvan kimi “zəif dövlət” olaraq qalacaq. Amerikalılar Kosovo rəhbərliyinin Rusiya və Çinlə yaxınlaşmasına, həmçinin BMT Təhlükəsizlik Şurasında onun müstəqilliyi ilə bağlı danışıqlar aparmasına imkan vermirlər. Məhz bu səbəbdən Serbiya Kosovonun müstəqilliyini, onun sərhədlərini tanımır və bu səbəbdən Kosovonun serb azlığı Kosovonu NATO-nun yaratdığı qeyri-qanuni dövlət hesab edir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri