Avq
2022
18:39
419
33
1535
Virtual karabakh

Şimali Kipr Prezidenti: “İlham Əliyevlə əlaqələrimizin inkişafını müzakirə etdik” - YENİLƏNİB + FOTO/VİDEO

9 Avq, 2022
18:39
1535

Şimali Kipr Prezidenti: “İlham Əliyevlə əlaqələrimizin inkişafını müzakirə etdik” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə paylaşım edib.

O,  bu barədə “Twitter” səhifəsində yazıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan Prezidenti İlham Əliyev ilə səmimi görüşümüz oldu. Görüş zamanı əlaqələrimizin inkişafını müzakirə etdik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir.

18:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.

17:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri