10 
Avq
2022
12:44
133
23
761
Virtual karabakh

Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalandı - VİDEO

10 Avq, 2022
12:44
761

Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yüksək səviyyəli siyasi dialoqun davamlılığını təmin etmək üçün ali səviyyə daxil olmaqla Əlcəzairlə qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.

“Bu gün biz münasibətlərimizin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi apardıq. İqtisadi sahədə çox böyük potensiallar mövcuddur. Ölkələrimiz arasında investisiyaların qoyuluşu energetika sahəsində daha geniş imkanlara malikdir. Növbəti müddət üçün atılacaq addımlar barədə fikir mübadiləsini apardıq. Cənab nazirin Azərbaycana səfəri bu istiqamətdə işlərin canlanmasına təkan verəcək”, - XİN başçısı bildirib.

XİN başçısı Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında iki sənəd imzalandığını qeyd edib:

“Bu gün iki sənəd imzaladıq. Bunlar iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad olunması haqqında və iki nazirlik arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair sənədlərdir”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri