11 
Avq
2022
13:48
398
11
1719
Virtual karabakh

Qazi: “Səkkiz ildir yataqxanada yaşayırıq, sentyabrda yeni mənzilə köçəcəyik” - FOTO

11 Avq, 2022
13:48
1719

Qazi: “Səkkiz ildir yataqxanada yaşayırıq, sentyabrda yeni mənzilə köçəcəyik” - FOTO

“Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində dövlət tərəfindən üçotaqlı mənzillə təmin olunmuşam, sentyabr ayında köçəcəyəm”.

Bunu “Report”a açıqlamasında Vətən müharibəsi iştirakçısı, III dərəcəli əlil Rüstəm Məmmədov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində könüllü olaraq Xocavənd, Cəbrayıl, Füzuli və Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib:

“Döyüşlərin birində kəllə-beyin travması və ayağımdan qəlpə yarası almışam”.

“Hazırda müalicəm davam edir, heç yerdə işləmirəm, Prezident təqaüdü alıram. Ailəmiz beş nəfərdən ibarətdir. Səkkiz ildir Yasamal rayonunda yerləşən yataqxanada yaşayırıq. Bəzi məişət əşyaları alıb, yeni mənzilə köçməyi planlaşdırırıq”, - R.Məmmədov vurğulayıb.

O, Prezident İlham Əliyev və Birinci-vitse-prezident Mehriban Əliyevaya şəhid ailələri, müharibə veteranları, əlillər və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını da bildirib:

“Hazırda 300 manat Prezident təqaüdü alıram, indi isə mənzillə təmin olundum. Yaradılan bu şəraitə görə Prezident İlham Əliyev və Birinci-vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Dövlətimizdən çox razıyam”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, R.Məmmədov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri