17 
Avq
2022
16:32
331
14
4330
Virtual karabakh

Prezident “Qaraheybət” şəhidlərinin yeddisini təltif edib - SİYAHI

17 Avq, 2022
16:32
4330

Prezident “Qaraheybət” şəhidlərinin yeddisini təltif edib - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin bu gün təltif etdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan yeddi hərbçinin adı da var.

Təltif edilən sərhədçi şəhidlər aşağıdakılardır:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra)

“Vətən uğrunda” medalı ilə

Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra)

Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra)

Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra)

Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra)

Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra)

Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra)

Xatırladaq ki, DSX-nin hərbi helikopteri 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri