17 
Avq
2022
19:46
234
89
1953
Virtual karabakh

Tamara Sinyavskaya İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

17 Avq, 2022
19:46
1953

Tamara Sinyavskaya İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

Azərbaycana, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya bu heykəlin açılmasında ürəkdən iştirak etdiklərinə görə səmimi qəlbdən dərin minnətdarlığımı bildirirəm.

Trend xəbər verir ki, bunu bu gün Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışından sonra Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya AZTV-yə müsahibəsində deyib.

T.Sinyavskaya heykəlin çox gözəl alındığını qeyd edib.

"Ömər Eldarov heykəli yüksək səviyyədə hazırlayıb. Bakılılar və şəhərə gələn qonaqlar burada qəlbən və ruhən dincələcəklər", - deyə T.Sinyavskaya əlavə edib.

Qeyd edək ki, bu gün Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri