18 
Avq
2022
15:46
299
53
8462
Virtual karabakh

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edildi - FƏRMAN

18 Avq, 2022
15:46
8462

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edildi - FƏRMAN

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilsin:

- direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

- təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə nəzərdə tutulan əlavələrin məbləğlərini sentyabrın 1-dək təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri