18 
Avq
2022
16:25
49
190
2861
yuxarı
Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır
18 Avq, 2022
16:25
2861
49
190
Erməni KİV: Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır
Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir.
Hökumətin qərar layihəsi artıq hüquqi aktların dərci üçün vahid internet saytında yerləşdirilib. Təklif olunan dəyişikliklərə əsasən, avtomobillə sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.
Layihəyə əsasən, Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq.
Əsaslandırılmada qeyd edilir ki, layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
Mənbə: Sputnik Ermənistan
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
17 
Apr
2024
23:40
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub - FOTO
84
27
605
17 
Apr
2024
22:32
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb? - VİDEO
18
64
1007
17 
Apr
2024
18:48
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”
33
50
569