18 
Avq
2022
16:40
175
21
2555
Virtual karabakh

Xalq artisti Tofiq Quliyevin abidəsinin ucaldılması işləri başlayıb - FOTO

18 Avq, 2022
16:40
2555

Xalq artisti Tofiq Quliyevin abidəsinin ucaldılması işləri başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin heykəlinin ucaldılması prosesi başlayıb.

APA xəbər verir ki, abidə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılacaq. Artıq ərazi hasara alınıb, müvafiq təmizləmə və tikinti işləri başladılıb. Yaxın günlərdə postament və heykəlinin quraşdırılacağı gözlənilir.

Heykəlin müəllifi heykəltəraş Tural Rzaquliyevdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamına əsasən, Tofiq Quliyevin abidəsi ucaldılması Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinə tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri