19 
Fev
2015
10:15
75
29
951
Virtual karabakh

Elmar Məmmədyarov Gürcüstana rəsmi səfərə yola düşüb - YENİLƏNİB

19 Fev, 2015
10:15
951

Elmar Məmmədyarov Gürcüstana rəsmi səfərə yola düşüb - YENİLƏNİB

“Səfərin böyük əhəmiyyəti var”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun Gürcüstanın yüksək rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

16.02.2015

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da iki günlük səfərlə Gürcüstana gedəcək. 

Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə bu gün Gürcüstanın XİN-nin spikeri David Kereselidze ənənəvi brifinqdə deyib. 

Onun sözlərinə görə, bu səfər Gürcüstan və Azərbaycan arasında strateji və dostluq münasibətləri baxımından böyük əhəmiyyətə malikdir, nəzərə alsaq ki, bir sıra istiqamətlər, həmçinin energetika və nəqliyyat məsələlərində münasibətlər daha intensiv inkişaf edir.  

Kereselidze bildirib ki, Məmmədyarovun səfəri çərçivəsində onun gürcü həmkarı ilə təkbətək və geniş tərkibdə görüşü planlaşdırılıb. Həmçinin Gürcüstanın prezidenti, baş naziri və parlament spikeri ilə görüş də nəzərdə tutulub. 

Görüşlərdə ikitərəfli siyasət, iqtisadiyyat, energetika və mədəniyyət sahələrini əhatə edən münasibətlərin geniş spektri müzakirə olunacaq. 
 
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri