Sen
2022
11:54
186
7
1652
Virtual karabakh

Yevgeni Mixaylov: “Ermənistan Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalamağa məcbur olacaq” - ŞƏRH

7 Sen, 2022
11:54
1652

Yevgeni Mixaylov: “Ermənistan Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalamağa məcbur olacaq” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nikol Paşinyan sülh prosesini başa çatdırmalı və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır”.

Bunu Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov Ermənistan müxalifətinin “Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində həll olunması” ilə bağlı iddialarını Oxu.Az-a şərh edərkən bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə aydan sonra sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı birbaşa və aydın bəyanatlarının Ermənistanda çoxlarının xoşuna gəlmədiyini vurğulayıb.

“Onlar başa düşürlər ki, İlham Əliyev haqlıdır, Azərbaycan sona qədər öz mövqeyində dayanacaq. Müxalifət isə bu vəziyyətdən Nikol Paşinyana qarşı istifadə edəcək. Məsələ kütləvi etirazlara çata bilər, ona görə də Nikol Paşinyanı hakimiyyətdə saxlamaq üçün KTMT qüvvələri cəlb oluna bilər (Oxşar hadisə Qazaxıstanda yanvar iğtişaşları zamanı baş vermişdi – red.)”, - deyə o, bildirib.

Ekspert İrəvanın sülh müqaviləsində Qarabağın müəyyən “statusunun” göstərilmə istəyini də şərh edib. Politoloq Ermənistan tərəfinin bunun arqument olduğunu düşünərək Qarabağdan yapışmaqda davam etdiyini, danışıqları ləngitməyə və ya hansısa güzəştə getməyə çalışdığını qeyd edib.

“Amma Qarabağ Azərbaycandır. Prezident İlham Əliyev bunu açıq şəkildə bildirdi. Muxtariyyət olmayacaq. Hamımız xatırlayırıq ki, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü bəyan edib. İrəvan isə ABŞ və Fransanın erməni diasporu, Qərb dövlətlərinin elitasının təzyiqi altındadır. Amma istənilən halda Ermənistan Azərbaycanın şərtləri və Rusiyanın dəstəyi ilə sülh müqaviləsi imzalamağa məcbur olacaq”, - deyə Y.Mixaylov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri