Sen
2022
00:01
57
139
2813
Virtual karabakh

Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi - VİDEO

9 Sen, 2022
00:01
2813

Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Azərbaycandakı səfirliyinin binasında Birləşmiş Krallığın dövlət bayrağı endirilib.

“Report” xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar Birləşmiş Krallığın Azərbaycandakı səfirliyində bu ölkənin dövlət bayrağı aşağı salınıb.

Qeyd edək ki, II Elizabet bu gün 96 yaşında vəfat edib.

Xatırladaq ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri