13 
Sen
2022
17:34
15
112
1859
Virtual karabakh

Ermənistan ŞƏT sammiti öncəsi niyə təxribat törətdi? - Yevgeni Mixaylovun ŞƏRHİ

13 Sen, 2022
17:34
1859

Ermənistan ŞƏT sammiti öncəsi niyə təxribat törətdi? - Yevgeni Mixaylovun ŞƏRHİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keçmiş Rusiya vətəndaşı Ruben Vardanyan fiquru sərhəddə belə bir təxribat törədəcək qədər əhəmiyyətli gücə malik deyil. Amma son təxribatın aşağı səviyyədə ruhlandırıcısı, cəmiyyəti aldatmaqla fon yaradan dələduzlardan biridir. O, sallaqxana keçisidir, xalqı ət maşınına sürükləyənlərdən biridir. Əlbəttə ki, onun böyük imkanları buna yetərlidir. Amma bizə vəziyyətə başqa müstəvidə baxmaq lazımdır”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada rusiyalı politoloq Yevgeni Mixaylov söyləyib.

Politoloq bu gün gecə saatlarında Ermənistan ordusunun Azərbaycan sərhədində törətdiyi təxribatların ABŞ-ın sifarişi olduğunu bildirib:

“Baxın, münaqişə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən üç gün əvvəl baş verib. Buna təsadüfi baxmaq sadəlövhlük olar. Görünən odur ki, ABŞ rəsmi İrəvandan istifadə etməklə öz oyununda sülh müqaviləsinin imzalanmasının və müvafiq olaraq Zəngəzur dəhlizinin işə salınmasının qarşısını almaq istəyir. Belə bir şəraitdə görünən odur ki, Ermənistanın dünən gecə törətdiyi təxribatların müəllifi ABŞ-dır”.

Ekspert qeyd edib ki, son günlər ABŞ-ın Xüsusi Xidmət Orqanlarının İrəvana intensiv səfərləri də bunu deməyə əsas verir:

“ABŞ-ın ikinci ən böyük səfirliyi İrəvanda yerləşir, bura nifaq yuvasıdır. Ruben Vardanyan, Paşinyan isə sadəcə Vaşinqtonun oyuncaqlarıdırlar. Rəsmi Moskvanın baş verənlərdən hansı nəticəyə gəldiyi hələ dəqiq məlum deyil. Bunların hamısı Ukraynada Xüsusi Hərbi Əməliyyat keçirən Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə hesablanılıb və birbaşa olaraq ABŞ xüsusi xidmət orqanlarının oyunu ilə bağlıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri