19 
Sen
2022
12:33
71
16
1116
Virtual karabakh

Milli Məclis AMB və ARDNF-lə görüş keçirəcək

19 Sen, 2022
12:33
1116

Milli Məclis AMB və ARDNF-lə görüş keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə Milli Məclis üzvləri arasında görüş keçiriləcək.

“Report” xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

“Görüş AMB-nin təşəbbüsü ilə baş tutacaq. Azərbaycanda inflyasiyanın tənzimlənməsi, pul-kredit siyasəti, maliyyə sabitliyi barədə müzakirələr aparacağıq”, - o qeyd edib. 

T.Mirkişili əlavə edib ki, Milli Məclislə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) arasında da görüş planlaşdırılır:

“Bu görüşdə valyuta ehtiyatlarının idarəedilməsi müzakirə olunacaq. Belə görüşlər digər qurumlarla da keçiriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri