22 
Sen
2022
19:10
474
49
4580
Virtual karabakh

Ermənilərin əl-qolu bağlandı - VİDEO

22 Sen, 2022
19:10
4580

Ermənilərin əl-qolu bağlandı - VİDEO

“Bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək”.

Dövlət başçısının da vurğuladığı kimi biz öz torpaqlarımızda mübarizə aparırıq və qarşı tərəfin haralarasa zəngləri ilə, xahişləri ilə kimlərisə regiona cəlb etmək cəhdi əbəsdir. Amma hər dəfə düşmən döyüş meydanında bizimlə bacara bilməyəcəyini görüb, havadarlarının ətəyindən yapışır. Elə sərhəddə baş verən toqquşma zamanı da Baş nazir Nikol Paşinyan adətinə uyğun olaraq telefona sarıldı. Rusiyadan tutmuş, Avaropa, hətta ABŞ-yə kimi böyük coğrafi arealda rəsmi şəxslərin zəhləsini tökməyə başladı.  

Zənglərin bir işə yaramadığını görüb, əməli fəaliyyətə keçdilər. Əvvəlcə erməni lobbisinin təşkilatçılığı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini təşkil etdilər. O da aldığı pul müqabilində İrəvanda timsah göz yaşları tökməkdən başqa bir işə yaramadı.

Sərhəddə yaratdıqları gərginlikdən sonra hay-həşir salan haylar başlarına dəyən yumruqdan yayınmaq üçün üzv olduqları təşkilatlara da müraciət etdilər. Son çarə olaraq KTMT, BMT Təhlükəsizlik Şurasından yardım umdular. Lakin bu dəfə də arzuları gözlərində qaldı.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri