23 
Sen
2022
22:03
34
576
3913
Virtual karabakh

Fransada bir qrup erməni Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıb - VİDEO

23 Sen, 2022
22:03
3913

Fransada bir qrup erməni Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada bir qrup erməni Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.

"Report”un Fransa bürosu xəbər verir ki, polisin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.

Ermənilər mədəniyyət mərkəzinin binasına yalnız rəngli boya atmağa nail olublar. Polis təxribatçıları hadisə yerindən uzaqlaşdırıb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir baş tutub.

Mərkəzə tədbirə gələn fransalı qonaqlar erməni radikalların təxribatının şahidi olublar və bu əməlləri pisləyiblər.

Qonaqlar və işçilər arasında xəsarət alan olmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri