23 
Sen
2022
23:40
335
30
1862
Virtual karabakh

Macarıstan azad olunmuş ərazilərin bərpası prosesində iştirakda maraqlıdır - FOTO

23 Sen, 2022
23:40
1862

Macarıstan azad olunmuş ərazilərin bərpası prosesində iştirakda maraqlıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstan Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlıdır.

Oxu.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət barədə ətraflı məlumat verib.

P.Siyarto Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını və dəstəklədiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri