24 
Sen
2022
16:57
368
50
1202
Virtual karabakh

Prezident İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

24 Sen, 2022
16:57
1202

Prezident İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. 

Bu barədə Prezident.az məlumat verir. 

Məktubda deyilir:

“Hörmətli Sərdar Qurbanquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu gün qardaş Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləyərək siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi bizi sevindirir.

Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər ilə bir-birinə bağlı olan, tarixən mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan əlaqələrinin əsasını təşkil edir. İkitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətlərinin, zəngin potensiala malik həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri