24 
Sen
2022
17:17
147
47
1090
Virtual karabakh

Ceyhun Bayramov iki ölkənin XİN başçısı ilə görüşdü – FOTO

24 Sen, 2022
17:17
1090

Ceyhun Bayramov iki ölkənin XİN başçısı ilə görüşdü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Barbadosun xarici işlər və xarici ticarət naziri Senator Dr. Cerom Xavier Uolkot və Qvatemalanın xarici işlər naziri Mario Bukaro ilə görüşlər keçirib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində və digər beynəlxalq platformalarda fəaliyyət və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov sözügedən ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və bu çərçivədə gələcək planlar barədə həmkarlarını məlumatlandırıb.

Qarşı tərəflər Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.

Nazir 44 günlük Vətən müharibəsindən sonra postmünaqişə dövründə ölkəmiz tərəfindən görülən işlər barədə həmkarlarını məlumatlandırıb.

Ermənistanın Azərbaycana qarşı son təxribatlarının sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi daşıdığı vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri