27 
Sen
2022
15:52
311
13
3177
Virtual karabakh

Şəhid pilotun ailəsi: “Onun ən sevdiyi mahnı “Yada sal məni” idi” - VİDEO

27 Sen, 2022
15:52
3177

Şəhid pilotun ailəsi: “Onun ən sevdiyi mahnı “Yada sal məni” idi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV Anım Günündə Vətən müharibəsi şəhidi Ramiz Qasımovun ailəsinin evində olub. Şəhidimizin ailəsi onunla bağlı xatirələrini bölüşüb.

Həyat yoldaşı Günel Qasımova qeyd edib ki, başqa dövlətlərdən ona iş təklifləri gəlsə də, şəhid pilot heç birini qəbul etməmişdi.

“Deyirdi ki, vətənim dardadır. Qəbul etmərəm ki, düşmənin tapdağı altında olan torpaqları azad etmədən Azərbaycanı tərk edim”, - deyə o əlavə edib.

“Yada sal məni” Ramiz Qasımovun ən sevdiyi mahnı idi. Həyat yoldaşı deyir ki, dinləyəndə köhnə xatirələri gözünün önündə canlanır.

Övladları üçün də ataları qəhrəmana çevrilib. Hər üçü atalarının arzularını yerinə yetirmək üçün çalışır.

Pilot Ramiz Qasımov “Spayk” uzunmənzilli raketlərlə silahlanan “Mi-17” helikopteri ilə Tərtər-Suqovuşan-Talış istiqamətlərində Ermənistan ordusunun hədəflərini məhv edən birinci pilotlardan idi. O və iki heyət üzvü Tərtərdən geri dönən zaman helikopter vurulur. R.Qasımov dərhal yoldaşlarına atılma əmri versə də, özü helikopteri yaşayış məntəqələrindən uzağa endirmək üçün qalır. Son anda paraşütlə atılsa da, ağır zərbə alır. 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid olur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri