27 
Sen
2022
16:12
290
16
2134
Virtual karabakh

Anım Günü Zəngilanın Ağalı kəndində qeyd olunub - FOTO

27 Sen, 2022
16:12
2134

Anım Günü Zəngilanın Ağalı kəndində qeyd olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağalıda 27 sentyabr - Anım Günü qeyd edildi. 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dərin ehtiram ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci il 2 dekabrda “Anım Gününün” təsis edilməsi haqqında sərəncama uyğun olaraq, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağalı kəndində 27 sentyabr 2022-ci ildə Anım mərasimi keçirilmişdir. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev başda olmaqla nümayəndəliyin əməkdaşları əvvəlcə Zəngilan şəhəri Şəhidlər Xiyabanını ziyarət edərək, əklil qoyulmuş, tər çiçəklər düzülmüş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Anım mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehtiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. 

Kənd ictimaiyyətinin nümayəndələri qarşında çıxış edən Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev 44 davam edən Vətən müharibəsindəki qələbəmizdən, bu qələbəmizi qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizə, qazilərimizə borclu olduğumuzdan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə cansağlığı arzu etmişdir. 

Daha sonra saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmişdir. 

Sonda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan rayonunun Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti, və İdarəetmə xitməti Publik hüquqi şəxsin birgə təşkilatşılığı ilə və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, o cümlədən Buta Supply -ın dəstəyi ilə "Hər bir şəhidin adına bir ağac" adı altında  ağacəkmə aksiyası təşkil olunmuşdur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri