28 
Sen
2022
19:15
145
36
1793
Virtual karabakh

Fransa nümayəndə heyətinin Cənubi Qafqaza səfəri Minsk Qrupu ilə bağlı deyil

28 Sen, 2022
19:15
1793

Fransa nümayəndə heyətinin Cənubi Qafqaza səfəri Minsk Qrupu ilə bağlı deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək.

Oxu.Az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, onun səfərinin Minsk Qrupunun fəaliyyətilə heç bir bağlılığı yoxdur. Qarşıdan gələn səfərlə əlaqədar Fransa tərəfinin Azərbaycan XİN-ə göndərdiyi rəsmi sənəddə “Minks Qrupu” ifadəsinə yer verilməyib. Belə ki, rəsmi Paris Bakının diplomatları bu statusda qəbul etməyəcəyini yaxşı anlayır və yeni reallığı qəbul etmək məcburiyyətindədir.

Həmçinin, məlumata görə, Rokföyla yanaşı, Fransa Prezidenti Emmenuel Makronun diplomatik müşaviri İzabel Dümont da milli nümayəndə heyəti statusunda bölgəyə səfər edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri