29 
Sen
2022
22:45
232
26
1145
Virtual karabakh

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO/VİDEO

29 Sen, 2022
22:45
1145

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO/VİDEO

Azərbaycan idmançıları Türkiyənin Bursa vilayətinin İznik şəhərində keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Azərbaycan idmançıları oyunların açılış mərasimində milli yığmaların yürüşündə iştirak edib.

Qeyd edək ki, oyunlar 29 sentyabr - 2 oktyabr tarixlərində keçirilir. IV Dünya Köçəri Oyunlarında 102 ölkədən 3000-dən çox iştirakçı 13 ənənəvi idman növü üzrə mübarizə aparacaq.

Mərasimdə açılış nitqi ilə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu oyunların əhəmiyyətini və köçəri xalqlarının dünya tarixində xüsusi yerinin olduğunu vurğulayıb.

Qeyd edək ki, açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov da iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri