Okt
2022
01:51
364
21
2802
Virtual karabakh

Türk Dövlətləri Təşkilatından Naxçıvan müqaviləsinin ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

3 Okt, 2022
01:51
2802

Türk Dövlətləri Təşkilatından Naxçıvan müqaviləsinin ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk Dövlətləri Təşkilatı (TDT) “Twiter” hesabında 3 oktyabr – Naxçıvan müqaviləsinin ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.

“3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Gününüz mübarək!

Bu gün Türk Dövlətləri Təşkilatını yaradan, türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 13-cü ildönümüdür!

Sizi ən xoş arzularımızla təbrik edirik!”, - paylaşımda deyilir.

Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb.

 Müqavilənin imzalanma tarixi olan 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri