Okt
2022
11:33
219
12
1289
Virtual karabakh

Fergus Ould: “Azərbaycan tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparmalı olub” - VİDEO

3 Okt, 2022
11:33
1289

Fergus Ould: “Azərbaycan tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparmalı olub” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiyanın Ukraynaya hücumu suveren demokratik dövlətə qarşı əsassız, əvvəlcədən düşünülmüş və barbar bir addımdır. Ukrayna xalqı tarixin ən dəhşətli anında hər zaman ürəyimizdə və ağlımızdadır”. 

Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould “Twitter” hesabındakı paylaşımında deyib. Səfir Böyük Britaniyanın Ukraynaya əlindən gələn köməyi göstərdiyini vurğulayıb:

“Biz işğala qarşı beynəlxalq reaksiyanın güclənməsinə kömək etdik. Fevralın 24-dən etibarən Britaniya Ukraynaya təxminən dörd milyard funt-sterlinq dəyərində hərbi, humanitar və iqtisadi dəstək göstərib. Həmçinin təhlükəsizlik üçün Britaniyaya üz tutan ukraynalılara 186 mindən çox viza verilib. Əminəm ki, azərbaycanlılar da ukraynalı dostları kimi suverenliyin və müstəqilliyin əhəmiyyətini dərk edirlər. Çünki Azərbaycan tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparmalı olub”.

Fergus Ould Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyi və göstərdiyi humanitar yardımları yüksək dəyərləndirdiyini bildirib:

“Ötən həftə Rusiya qismən səfərbərlik elan etdi və Ukraynanın suveren əraziləri ilə bağlı “referendum”lar təşkil etməyə başladı. Bütün bunlar isə Putin işğalının uğursuz olmasının sübutudur. “Referendum”lar Ukrayna torpaqlarını ələ keçirməyə hesablanmış aşkar saxtakarlıqdır. Heç kəsi aldada bilməzlər.  Biz heç zaman Rusiyanın Ukraynanın suveren ərazisini işğal etmək cəhdinin nəticələrini tanımayacağıq. Müttəfiqlərimizlə Rusiyanı etdiklərinin əvəzini ödəməyə məcbur edirik və bu ölkənin təcavüzünə qlobal müqavimət göstəririk”. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri