Okt
2022
17:58
216
36
1389
Virtual karabakh

Ceyhun Bayramov İsveçrənin dövlət katibi ilə görüşdü – YENİLƏNİB + FOTO/VİDEO

3 Okt, 2022
17:58
1389

Ceyhun Bayramov İsveçrənin dövlət katibi ilə görüşdü – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

3 oktyabr 2022-ci il tarixində Cenevrədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib.

Bu barədə Azərbaycan XİN-in məlumatında qeyd olunub. 

Görüş zamanı nazir Ceyhun Bayramov İsveçrə tərəfinə Ermənistan xarici işlər naziri ilə görüşə ev sahibliyi etdiklərinə görə minnətdarlıq bildirib. Nazir görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib.

Bununla yanaşı, normallaşma prosesində mövcud çətinliklər, delimitasiya və kommunikasiya xətlərinin açılması məsələləri, habelə Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə qarşı tərəf məlumatlandırılıb.

Dövlət katibi Livia Leu bölgədə normallaşma prosesinin davam etməsinin, hərbi toqquşmalardan çəkinməyin vacib olduğunu bildirib. İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, gələcək danışıqların perspektivləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

12:10

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Ceyhun Bayramov özünün “Twitter” hesabında yazıb.

 “Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, - nazir qeyd edib.

Xatırladaq ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri