Okt
2022
17:56
402
39
5245
Virtual karabakh

Prezident təqaüdçüsü olan bacıların anası: “Məktəbə getmək o demək deyil ki, uşaq hər şeyi bilir” - FOTO

3 Okt, 2022
17:56
5245

Prezident təqaüdçüsü olan bacıların anası: “Məktəbə getmək o demək deyil ki, uşaq hər şeyi bilir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Həmin siyahıya daxil olan Həmidə və Nəzrin Sadıqovalar bacıdırlar. 

Onların anası Vəfa Əbdürrəhimova Oxu.Az-a açıqlamasında bildirib ki, qızlarının Prezident təqaüdünə layiq görülmələrinə sevinir:

“Ana kimi çox xoşbəxtəm. Mənim üçün qürurvericidir. Çünki qızlarım - Həmidə və Nəzrin Sadıqovalar - tarix yazan Prezident İlham Əliyevin təhsil aldığı Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin məzunlarıdır. Qızlarımı bu təqaüdə layiq görən hər kəsə təşəkkür edirəm.

Qızlarım birinci sinifdən əlaçı olublar. Biz də valideyn kimi hər zaman uşaqların təhsilinə diqqət etmişik. Bir ana kimi valideynlərə tövsiyə edərdim ki, uşaqlarının təhsilinə diqqət artırsınlar. Məktəbə getmək o demək deyil ki, uşaq hər şeyi bilir.  Evdə valideyn nəzarəti olmalıdır. Biz bütün günü üçümüz diskussiya etmişik. Onlar məktəbi qızıl medalla bitiblər”.

O qeyd edib ki, qızları IX sinifdə təhsil alan zaman hüquqşünas olacaqlarını bildiriblər:

“Ailəmizdə hüquqşünaslar var idi. Qızlarım da onların davamçıları olacaqlar”.

Qeyd edək ki, Nəzrin Sadıqova 660.9 bal, Həmidə Sadıqova isə 660.2 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olublar. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri