Okt
2022
13:56
581
31
4089
Virtual karabakh

“Jerusalim Post”: “Azərbaycan İsraildən ən çox silah alan ikinci ölkədir”

4 Okt, 2022
13:56
4089

“Jerusalim Post”: “Azərbaycan İsraildən ən çox silah alan ikinci ölkədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin müdafiə naziri Benyamin Qans oktyabrın 3-də Azərbaycana rəsmi səfər edib.

İsrailli nazir səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və general-polkovnik Zakir Həsənovla görüşüb.

Səfər İsrail mətbuatının da diqqət mərkəzindədir.

“The Jerusalim Post” nəşrində dərc olunan məqalədə müəllif qeyd edir ki, Rusiya-Ukrayna arasında davam edən müharibə və Azərbaycanla Ermənistan arasında sərhəddəki son toqquşmaların fonunda bu səfərin mühüm regional təsirləri var.  

“Benni Qansla Azərbaycan Respublikasının Prezidenti arasında baş tutan görüşdə Yaxın Şərq regionunda baş verən dəyişikliklər, həmçinin Türkiyə-İsrail münasibətlərinin bərpası müzakirə edilib”, - məqalədə qeyd olunur.

Müəllif məqalənin davamında Azərbaycanın İsrail üçün niyə bu qədər əhəmiyyət daşımasına toxunub:

“Azərbaycan-İsrail münasibətləri yeni deyil və Bakı Təl-Əvivin qurduğu strategiyanın əsas tərəfdaşı olub. Tel-Əviv Universitetinin “Moşe Dayan” mərkəzinin bu yaxınlarda dərc etdiyi məqalədə qeyd olunur ki, İsrail Azərbaycanı özünün əsas enerji mənbəyinə çevirib. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Azərbaycan neftinin əsas idxalçılarından biri kimi İsrail neftə olan tələbatının yarıdan çoxunu bu ölkənin vasitəsi ilə təmin edir”.

Məqalədə daha sonra Azərbaycanla İsrailin hərbi və müdafiə sektorundakı əməkdaşlığına toxunulub.

“Ermənistanla uzun müddətdir davam edən silahlı münaqişə səbəbindən bir çox qabaqcıl Qərb dövlətləri Azərbaycana silah verməkdən imtina etdi. Bundan əlavə, keçmişdə Türkiyənin müdafiə sənayesi hələ müasir məhsullarının istehsalını və inkişafını həyata keçirə bilmirdi. Ona görə də Bakı Rusiya istehsalı olan silahlardan asılılığından çıxmaq üçün hərbi texnologiya üçün İsrailə üz tutdu... Bu tərəfdaşlıq o həddə çatıb ki, 2019-cu ildə Azərbaycan Hindistandan sonra İsrail hərbi sənayesinin ikinci ən böyük müştərisinə çevrildi”, - deyə məqalədə vurğulanır.

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycanın mühüm coğrafi bölgədə yerləşməsi, İran və Türkiyəyə yaxın olması İsrailin bu ölkə ilə münasibətlərə mühüm yer ayırmasına səbəb olub.

Lakin müəllif xatırladır ki, Azərbaycanla İsrail arasındakı sıx əlaqələrə tənqidi yanaşanlar da var.

Belə ki, İsrailin Cənubi Qafqazda stabilləşdirici oyunçuya çevrilməsi ABŞ və Fransada olan bəzi dairələrin qısqanc münasibətinə səbəb olur.

“Aydındır ki, İsrail-Azərbaycan münasibətləri getdikcə güclənir. Azərbaycanla əlaqələr bəziləri üçün mübahisəli ola bilər, lakin İsrail rəhbərliyi üçün bu, strateji önəm daşıyır”, - müəllif qeyd edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri