Okt
2022
17:33
416
39
1406
Virtual karabakh

ABŞ mətbuatı Azərbaycan Prezidentinin Laçın şəhərinə səfərindən yazıb

4 Okt, 2022
17:33
1406

ABŞ mətbuatı Azərbaycan Prezidentinin Laçın şəhərinə səfərindən yazıb

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında Prezident İlham Əliyevin cari ilin sentyabrında erməni işğalından azad edilmiş Laçın şəhərinə səfərindən bəhs edən “Azərbaycan Prezidenti Qarabağ bölgəsinin Laçın şəhərinə səfər edib” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə üçtərəfli bəyanata əsasən cari il 26 avqust tarixində erməni işğalçı qüvvələrinin tərk etdiyi və Azərbaycan silahlı qüvvələrinin daxil olduğu Laçın şəhərinə Azərbaycan Prezidentinin sentyabrın 21-də səfər etdiyinə və şəhər mərkəzində Azərbaycan bayrağını dalğalandırdığına diqqət cəlb edilib.

Azərbaycanın Ermənistan torpaqlarında müharibə aparması ilə bağlı iddialara cavab olaraq Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında sərhədlərin demarkasiyası həyata keçirilmədiyi üçün Azərbaycan heç bir dövlətin sərhədlərini pozmayıb:

“Ermənistan bunu iddia edirsə, qoy öz sərhədlərini göstərsin. Yenə deyirəm, biz müzakirələrə hazırıq və Azərbaycan-Ermənistan komissiyalarının işinə böyük məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, 19-cu əsrə, 20-ci əsrə, hətta ondan əvvəlki dövrlərə aid bütün xəritələr əlimizdədir və bu xəritələr kimin hansı torpaqda olduğunu aydın şəkildə göstərir. Ona görə də heç kim bizi sərhədlərin müəyyən edilməməsində günahlandıra bilməz”.

Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistanın istər Laçında, istərsə də Qarabağın digər rayonlarında vəhşiliklər törətdiyini, Laçında 1400-ə yaxın mina yerləşdirdiyini, müharibə başa çatdıqdan sonra da tarixi və dini abidələri dağıtdığını vurğulayıb. Ölkə başçısı Azərbaycanın Ermənistanla müharibə başa çatan kimi sülh müqaviləsi imzalamağı təklif etməsinə baxmayaraq, qarşı tərəfin nəinki sülh sazişini imzalamaqdan imtina etdiyini, hətta yeni təxribatlar törətdiyini qeyd edib.

Məqalədə Prezident İlham Əliyevin öz çıxışında BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu kimi beynəlxalq təşkilatların da fəaliyyətinə də toxunduğu, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistana qarşı adıçəkilən qurumların heç bir sanksiya tətbiq etməməklə təcavüzkara dəstək verdiyini vurğuladığı diqqətə çatdırılıb. Azərbaycan Prezidenti çıxışının sonunda Laçında həyata keçirilən və qarşıda duran işlərdən danışaraq qeyd edib ki, yaxın vaxtlarda Laçında Qubadlı-Laçın dəmir yolunun tikintisinə başlanacaq, Murovdağdan Laçın şəhərinə qədər olan hissədə 12 tunelin tikintisi də həlli gözlənilən vəzifələr sırasındadır. Elektrik enerjisi ilə bağlı problemlərin qarşısının alınması məqsədilə Laçında “Güləbird” Su Elektrik Stansiyasının tikintisi də nəzərdə tutulub.  

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2022/10/03/azerbaijans-president-visits-city-of-lachin-in-the-karabakh-region/

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri