Okt
2022
12:07
386
18
822
Virtual karabakh

Prezident: “Azərbaycan öz torpaqlarına qayıdıb və həmişəlik burada qalacaq” - VİDEO

5 Okt, 2022
12:07
822

Prezident: “Azərbaycan öz torpaqlarına qayıdıb və həmişəlik burada qalacaq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan bir zamanlar işğal altında olmuş torpaqlarına güc yolu ilə və beynəlxalq hüquq əsasında qayıdıb və həmişəlik burada qalacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısının sözlərinə görə, Birinci Qarabağ müharibəsinə qədər Qarabağın ən böyük şəhəri olan Ağdam həyat dolu idi: 

“Ağdam azad olunduqdan sonra bir çox xarici ekspertlər və jurnalistlər onu “urbisid qurbanı”, “kabus şəhəri” və hətta “Qafqazın Hirosiması” adlandırdılar. Amma Hirosimadan fərqli olaraq, Ağdam atom bombasının partlaması nəticəsində viran qalmayıb, dağılmayıb. Bu, qonşularımızın vandalizmi və barbarlığının nəticəsi idi. Amma biz qayıtdıq. Azərbaycan buraya güc yolu ilə və beynəlxalq hüquq əsasında qayıdıb. Buraya həmişəlik yaşamaq üçün qayıtmışıq!” 

Prezident bildirib ki, Ağdamda artıq yaşayış binasının tikintisinə başlanılıb və burada 2 ildən sonra bir neçə min insanın yaşayacağı üç kənd bərpa olunur: 

“Biz Qarabağı, Zəngəzuru yenidən quracağıq, buna şübhə yoxdur. Nə qədər baha başa gəlsə də, bu, bizim milli ideyamızdır. Əvvəllər bu, torpağımızın qaytarılmasından, ədalətin, ərazi bütövlüyümüzün bərpasından ibarət idi”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri