Okt
2022
14:15
192
9
2146
Virtual karabakh

Aİ səfiri Prokurorluğun Ermənistanın cinayətlərinə dair təqdim etdiyi məlumatlardan dəhşətə gəlib

6 Okt, 2022
14:15
2146

Aİ səfiri Prokurorluğun Ermənistanın cinayətlərinə dair təqdim etdiyi məlumatlardan dəhşətə gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Baş Prokurorluğunun Ermənistanın cinayətlərinə dair təqdim etdiyi məlumatlardan dəhşətə gəldim”.

Oxu.Az xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, müharibə cinayətləri qınanmalıdır:

“Onlar insanlığa qarşı vəhşilik törədiblər. Cinayətkarlar ittiham olunmalıdırlar. Cinayətlər də ciddi şəkildə araşdırılmalıdır”.

O qeyd edib ki, cinayətkarlar ədalət məhkəməsinə çıxarılmalıdır:

“Sülh bərqərar olunmalıdır. Buna həqiqətən də ehtiyac var”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri