Okt
2022
15:06
70
81
669
Virtual karabakh

Əli Əsədov: “Xarici siyasətimizdə Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur”

6 Okt, 2022
15:06
669

Əli Əsədov: “Xarici siyasətimizdə Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici siyasət strategiyasında Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur.

Nazirlər Kabinetindən verilən məlumata görə, bunu Baş nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.

O qeyd edib ki, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti maraqların qarşılıqlı nəzərə alınması, suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.

Xəzəryanı dövlətlər arasında sahəvi əməkdaşlığın sanballı hüquq-müqavilə bazasına toxunan Ə.Əsədov deyib ki, bu baza bir çox sahələri, o cümlədən təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, ekoloji məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər sahələri əhatə edir. O, bu baxımdan 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Xəzəryanı ölkələrin hərtərəfli əməkdaşlığı üçün əsas sənəd kimi səciyyələndirib, onun tezliklə qüvvəyə minməsinin Xəzərdə bütün sahələrdə gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Forumda Ə.Əsədovdan başqa, İranın I vitse-prezidenti Məhəmməd Mohber, Rusiya hökumətinin sədri Mixail Mişustin, Qazaxıstanın Baş naziri Alixan Smailov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, iyunun 29-da Aşqabadda keçirilən 6-cı Xəzər Zirvə toplantısının yekunlarını nəzərdən keçiriblər.

Plenar iclasın yekunlarına dair 2-ci Xəzər İqtisadi Forumunun Kommünikesi imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri