Okt
2022
15:51
542
23
2633
Virtual karabakh

“Azərbaycan Ermənistana kapitulyasiya aktı kimi sülh müqaviləsini də imzaladacaq” - RƏY + FOTO

6 Okt, 2022
15:51
2633

“Azərbaycan Ermənistana kapitulyasiya aktı kimi sülh müqaviləsini də imzaladacaq” - RƏY + FOTO

“Azərbaycan Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdiyi kimi, sülh müqaviləsini də imzaladacaq”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Ermənistanın Azərbaycana qarşı mina terrorunun hələ də davam etdiyini söyləyən komitə sədri xatırladıb ki, 10 noyabr Üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın Azərbaycana təhvil verilərkən ermənilər Kəlbəcəri tərk etmək üçün vaxt istədilər:

“Azərbaycan məsələyə humanizm prinsipi ilə yanaşaraq ermənilərə vaxt verdi. Onlar isə bunun qarşılığında rayonu tərk edərkən əraziləri minalayıb çıxdılar. Hansı ki, həmin minalar Ermənistan istehsalı olan yeni minalardır. Bu, o deməkdir ki, illər keçsə də, niyyət və xislət dəyişməz olaraq qalıb. Ermənilər həmişə humanizmin, səbrin qarşılığında vəhşilik və vandallıq göstəriblər”.

Z.Əsgərovun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliyin sayı-hesabı yoxdur:

“Ən son Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. Bu, erməni vəhşiliyinin növbəti nümunəsidir. Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov bütün görüşlərdə Ermənistan qarşısında Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyi barədə məlumat vermək tələbi qoyurlar. Fikrimcə, Azərbaycan tərəfinin hələ bu suala cavab tapa bilməməsinin səbəbi, azərbaycanlıların öldürülüb kütləvi şəkildə basdırılmasıdır. Ermənilər özlərinin qaniçən, vandal olduqlarının ictimailəşməməsi üçün kütləvi məzarlıqların yerini demirlər. Çünki onlar dünya ictimaiyyətinə özlərini yazıq, türklər tərəfindən əzilən xalq kimi göstərirlər. Əminəm ki, bundan sonra da bu cür məzarlıqlar yenə aşkarlanacaq”.

Azərbaycan tərəfi hələ bir neçə gün öncə sentyabr ayında Ermənistan tərəfindən ölkə sərhədində törədilən təxribatlar zamanı əsir götürülən 17 nəfəri Ermənistana geri qaytarıb:

“Çünki Azərbaycan hüquqi dövlətdir və humanizm prinsipini rəhbər tutaraq əsirlərlə davranış qaydaları ilə əlaqədar beynəlxalq konvensiyaların bütün şərtlərinə əməl edir. Amma biz bunun qarşılığında hələ də 4 min nəfər itkin düşən vətəndaşımızın taleyi barədə məlumat ala bilmirik. Ermənilər danışıqlar prosesini imitasiya etməklə özlərinin nə qədər qeyri-səmimi olduqlarını bir daha nümayiş etdirirlər. Onlar himayədarlarına arxayındır və hələ də müharibənin davam etməsi, torpaqları yenidən işğal edəcəkləri barədə sərsəm yuxular görür, “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. Ermənistan müstəqil dövlət deyil və müstəqil siyasət yürüdə bilmir.

Danışıqlar prosesində də bu açıq aydın görür. Ermənistan rəsmiləri himayədarların çaldığı havaya oynayır və hər dəfə danışıqlardan sonra prosesi ləngitmək üçün təxribatlara əl atırlar. Lakin bütün bunların sonu yoxdur. Azərbaycan Ermənistana kapitulyasiya aktını imzalatdığı kimi, sülh müqaviləsini də imzaladacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri